Anadolu Universiteti Azərbaycan Proqramları tələbəsi Turan Əbilovun müsahibəsi.

Tarih: 
11/04/2016

Tələbələrimizin və oxuyucularımızın  marağına səbəb olan,  yaxşı oxuyan tələbələrimiz ilə olan  silsilə müsahibələrimiz davam edir.  Bugün də,  2013-cü ilin qəbul imtahanında birinci yer  tutan və diqqətə layiq görülərək  qəbul olduğu ilin təhsil haqqından azad olunan,qəbul olduqdan sonra da, “Yüksek Onur Belgesi” ilə oxuyan tələbəmiz Turan Əbilov ilə baş tutan müsahibəni diqqətinizə çatdırırıq: 
Salam Turan,  ilk olaraq sizi tanıyaq Turan  kimdir  və hal- hazırda hansı fakültədə təhsil alır, neçənci kursdur?
- Mən, Turan Əbilov 1993- cü  ildə  Bakı şəhərində anadan olmuşam, hal-  hazırda AU AÖF “İşletme” bölümündə üçüncü kurs tələbəsiyəm.
Anadolu Universitetində  distant təhsil almaq üçün imtahan verdikdə, həmin ilin ən  yüksək nəticə göstəricisinə  görə, sizin təhsil haqqınız Anadolu Universiteti tərəfindən qarşılandı.  Universitetin sizə göstərdiyi bu diqqət sizin təhsilinizdə özünü necə biruzə verdi ?
- Əslində  mən bilmirdim ki, qəbul imtahanından yüksək nəticə toplayanda ilk ilin təhsil haqqı universitet tərəfindən qarşılanır. İmtahan nəticələri bəlli olduqdan sonra, AU Azərbaycan Proqramları  rəhbərliyi tərəfindən dəvət olundum,  görüş  zamanı yüksək nəticə topladığım üçün ilk ilin  təhsil haqqından azad olunduğumu və bu uğurun  növbəti  imtahanlarda da davamı gözlənildiyi bildirildi. Əlbəttə, atılan  bu addım məni və ailəmi çox sevindirdi. Düşündüm ki, Azər müəllimə öz təşəkkürümü əlaçı tələbə olaraq zamanla  edə bilərəm və elə də oldu. Birinci və ikinci kurs  imtahanlarında yaxşı oxuyaraq, yüksək nəticələr əldə etdiyim üçün “Yüksek Onur Belgesi” və “Onur Belgesi” ilə təltif olundum. Beləliklə də, Azər müəllimə öz təşəkkürümü  onun etimadını  doğruldaraq  etdim.
Müvafiq illərdə “Yüksək Onur Belgesi”  və  “Onur Belgesi”  alan  tələbələrdənsiniz buna görə sizi təbrik edirik, bu uğuru necə əldə etdiz?
- Çox sağolun. İlkin olaraq kitabı əlimizə aldıqda , kitab çətinliyi ilə qorxu yaradırdı. Mevlananın dediyi kimi, kitabın üz qabığına baxıb qorxma, əsas kitabın içindəkilərdir, onu da oxuyaraq bilə bilərik. Bir tələbə kimi mənim dərs hazırlama metodum, kitabı oxuyub bitirdikdən sonra hər dərsin sonundakı testləri edirəm, www.azanadolu.edu.az saytına yerləşdirilmiş videokonferans dərslərin izləyirəm ,  keçən illərin çıxmış imtahan suallarına baxıram.  Çalışıram ki, əzbərçiliyə yol verməyim, diqqətlə oxuyaraq anladıqla o bilik də uzun müddət insanın yaddaşında qalır.
                                    
Bütün  bu uğurları əldə etməyinizdə  A.U AÖF və ailənizin sizə nə kimi faydaları  oldu?
- Ailə dəstəyinin əvəzi müzakirəsiz olaraq yoxdur. Yaxşı və pis nə olur olsun ailə hər zaman yanımdadır, dəstəkçimdir.  Açıköğretim sisteminin verdiyi əlverişli təhsil imkanlarından faydalanaraq , maddi  ehtiyaclarımı qarşılamaq üçün, eyni zamanda işləyirəm. Açıköğretim sisteminin  üstünlüyü bax elə budur, təhsil ilə yanaşı tələbələrinə iş təcrübəsi  qazanmağa imkanlar yaradır.
- Qarşıda sizi növbəti ilin imtahanları gözləyir. Həmin imtahanlarda necə, keçən  illərdə olduğu kimi, yüksək nəticə əldə edəcəyinizə inanırsınız?
- Əlbəttə inanıram. Necə başlamışamsa eyni üsulla hazırlaşaraq uğuruma davam edəcəm.  Mənim üçün dərs  öyrənmək üçün ən gözəl yer metrodur J.
Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Hansı əlavə məşğuliyyətləriniz var?
- Klassik musiqini çox bəyənirəm, dinlədiyimdə istirahət edirəm.
 
Müsahibəni hazırladı: Gülər Qasımlı