Anadolu Universiteti mənə zamandan düzgün istifadə etməyi öyrətdi.

Tarih: 
05/07/2020

"Mən Anadolu Universiteti məzunu  Turan Əbilov,

2013-cü ildə hərbi xidmətdən yeni qayıtdığım üçün ali təhsili olmayan bir gənc olaraq Türkiyənin Anadolu Dövlət Universiteti  mənim üçün  bir şans idi.Buna görə də,bu fürsəti qaçırmamaq üçün Universitetin Azərbaycandakı Rəsmi Tərəfdaş  Qurumda təşkil olunan hazırlıq dərslərinə  qatıldım.Dərslərdən sonra qəbul imtahanına qatıldığımda artıq öz biliyimə inanırdım.İmtahanda yüksək nəticə toplayaraq  Anadolu Universitetinin Azərbaycan Proqramları üzrə ən yüksək nəticə toplayan abituriyent adın qazandım.Nəticələri öyrəndiyim an özümü çox xoşbəxt hiss etdim.Beləliklə universitetə qəbul olduğum il universitet 1il ərzində bütün təhsil xərclərimi qarşıladı.Daha sonra təhsil almaqla yanaşı çalışmağa başladım.

Məsafəli yəni distant təhsil almağım mənim üçün  böyük avantaj idi.4illik bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirdim.Daha sonra bir çox iş yerlərindən təkliflər aldım.İlk olaraq satıcı kimi  iş fəaliyyətinə  başlasam da,daha sonra vəzifəm müdir vəzifəsinə qədər yüksəldi. Əlavə olaraq @creantika səhifəsində online satışla da,məşğulam.

Anadolu Universiteti mənə zamandan düzgün istifadə etməyi öyrətdi.

Bütün məzunlara,tələbələrə və abituriyentlərə uğurlar arzulayıram.

#universitet #tehsil #alitehsil #xaricdetehsil #xaricdətəhsil #anadoluaz #evdeqal #evdəqal #covid19 #karantin #azerbaijan #azerbaycan #azərbaycan #baku #baki