Hədəfim yolunda irəliləməyimə Anadolu Universitetinin distant təhsil forması kömək oldu

Tarih: 
25/08/2022

Mən Cəmaləddin Gülhəsənov,
Anadolu Universitetində “İdarəetmə və İnformasiya Sistemləri “(“Yönetim Bilişim Sistemleri”) ixtisası üzrə təhsil alıram, 2-ci kurs tələbəsiyəm.
Mənim təhsil həyatıma başladığım gündən universitetə daxil olduğum günə qədər hədəfim bəlli idi və bu yolda irəliləməyimə Anadolu Universitetinin distant təhsil forması böyük kömək oldu. Çünki, distant təhsil zamanımıza qənaət etməyimizə və bu zamandan səmərəli istifadə etməyimizə, həmçinin təhsil almaqla bərabər həm də iş təcrübəsi qazanmağımıza yardımçı olur.
Mənə qazandırdığı hər şeyə görə, Anadolu Universiteti rəhbərliyinə və Anadolu Universiteti Azərbaycan Proqramları ailəsinə sonsuz təşəkkürlərimi bildirirəm.
 
 
 
#Anadolu
#AnadoluUniversiteti
#Azerbaycan
#Azərbaycan
#AzərbaycanProqramları
#AzerbaycanProgramlari
#diplom
#distant
#attestatlatehsil
#xaricdetehsil
#türkiyedetehsil