"Məqsədim gələcəkdə peşəkar mühasib olmaq və bunla yanaşı şəxsi biznesimi qurmaqdır".

Tarih: 
26/08/2020

"Mən Ceyhun Qaflanov,
Anadolu Universitetində İqtisadiyyat ixtisası üzrə məsafəli şəkildə təhsil alıram.
Anadolu universitetini seçməyimin əsas səbəbi, yaratdığı imkanlar sayəsində ölkəmi tərk etmədən Türkiyənin ən öndə gələn universitetində distant(məsafəli) təhsil ala bilməyimdir.
Hal-hazırda distant təhsil almaq dünyada ən önəmli təhsil metoduna çevirilməkdədir.Anadolu Universitetin seçməklə siz həftə içi hər gün keçirilən dərslərdə iştirak edərək və ya olduğunuz məkanı tərk etmədən istənilən şəraitdə universitetin rəsmi saytından online dərslərinizi oxuya və imtahanlara rahatlıqla hazırlaşa bilərsiz. Burada aldığım təhsilin mənim indiki və gələcək həyatımda böyük qatqısı olacağına inanıram. Buna görə Anadolu Universitetinə dərin təşəkkürümü bildirirəm.
Məqsədim gələcəkdə peşəkar mühasib olmaq və bunla yanaşı şəxsi biznesimi qurmaqdır".