"Məqsədim Universiteti müvəffəqiyyətlə bitirmək və karyeramı PR sahəsi üzrə qurmaqdır."

Tarih: 
18/06/2020
"Mən Humay Ocaqverdili,
Anadolu Universitetinin Halkla İlişkiler ve Reklam ( İctimaiyyətlə Əlaqələr  və Reklam) bölümündə təhsil alıram.
Anadolu Universitetini  seçməyimin əsas səbəbi, yaratdığı imkanlar sayəsində öz ölkəmi tərk etmədən Türkiyənin ən prestijli və öndə gələn universitetində distant təhsil ala bilməyimdir.
Distant təhsil üçün hazırlanmış dərs materialları biz tələbələrin elmi fəaliyyətinin əsasını gücləndirməyə imkan yaradan bir təhsil proqramıdır.
Semestr imtahanlarında yüksək nəticələr əldə etdiyimə görə universitet tərəfindən "Onur belgesi" və "Yüksek Onur belgesi" ilə təltif olunmuşam.Mən bu dərəcələri çalışqan  və fəal tələbələrin əməyinin göstəricisinin qiymətli təzahürü kimi hesab edirəm.Məqsədim universiteti müvəffəqiyyətlə bitirmək və karyeramı PR sahəsi üzrə qurmaqdır".
@humayocag 
#universitet #tehsil #alitehsil #xaricdetehsil #xaricdətəhsil #anadoluaz #evdeqal #evdəqal #covid19 #karantin #azerbaijan #azerbaycan #azərbaycan #baku #baki